Menu

2 kq heroinlə yaxalanan azərbaycanlıya hökm oxundu

26.11.2014, 16:36
2 kq heroinlə yaxalanan azərbaycanlıya hökm oxundu

Rusiyanın Krasnoyarsk diyarında Azərbaycan vətəndaşı 45 yaşlı Etibar Allahverən oğlu Zeynalovun məhkəmə prosesi yekunlaşıb.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, Kemerovo vilayətindən Krasnoyarska satış məqsədilə 2 kiloqram heroin gətirərkən bu ilin aprelində yaxalanan azərbaycanlı məhkəmənin qərarı ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. “Qara bazar”da dəyəri 200 min dollar olan narkotik partiyasına görə tutulan Etibar Zeynalov bundan əvvəl də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum olunub.

2010-cu ildə vaxtından əvvəl həbsxanadan azad edilən azərbaycanlının narkotik qaçaqmalçılığı və ticarəti ilə məşğul olan mütəşşəkil cinayətkar dəstənin üzvü olduğu ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol