Menu

Azərbaycanın U-17 millisi Serbiyaya böyük hesabla məğlub olub

21.10.2023, 20:53
Azərbaycanın U-17 millisi Serbiyaya böyük hesabla məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

“Report”un məlumatına görə, U-17 yığmamız yer aldığı 4-cü qrupda Serbiyanın qonağı olub.

Stara Pazovada keçirilən görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. 1:5 hesabı ilə uduzan komandamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qrupun digər matçında Lüksemburqla Sloveniya (1:1) heç-heçə ediblər.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci qarşılaşmasını oktyabrın 24-də eyni arenada Sloveniyaya qarşı keçirəcək.

Şərhlər

dadaşyev 2023-10-22 00:15:03

Qayıdın,a bala.Qapıçı götürün,sonra gedin.Futbolu qapıçısız oynamazlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol