Bu gün Qəzza ətrafında baş verən hadisələr bütün dünyada olduğu kimi, Azərbaycanda da birmənalı qarşılanmır. Rəsmi Bakı Qəzzada mülki əhalinin bombalanmasına, humanitar fəlakətin yaradılmasına etiraz edib, Fələstinə maliyyə yardım göndərib.
İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib. C.Bayramov Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün rəsmi Bakının səylərini davam etdirəcəyini bildirib.
Buna baxmayaraq bəziləri hələ də Azərbaycanı dövlət olaraq, HƏMAS-ı dəstəkləmədiyinə görə qınayırlar.
Lakin İsrailin Azərbaycanla xüsusi, müstəsna münasibətlərinə, xarici siyasət, təhlükəsizlik və hərbi təminat məsələsində ölkəmizə göstərdiyi misilsiz dəstəyə nəzər yetirəndə, xüsusilə də İranın ölkəmizdəki şəbəkəsindən qaynaqlanan bu cür tənqidlər öz qüvvəsini itirir. Təkcə onu qeyd etmək yetər ki, hələ də Ermənistanda 44 günlük müharibədə Azərbaycanın İsraildən aldığı silahlar və qələbəmizdə onların oynadığı rol müzakirə olunmaqdadır...
“AzPolitika.info” xəbər verir ki, Ermənistan Milli Konqres partiyasının sədr müavini Levon Zurabyan 44 günlük müharibə günlərində erməni ordusunun Azərbaycanın mülki obyektlərinə etdiyi cinayətkar hücumlardan və Azərbaycanın İsraildən aldığı silahların həmin hücumların qarşısının alınmasında uğurla istifadə olunmasından danışıb.
Zurabyan etiraf edib ki, ermənilər Mingəçevir su anbarını raket zərbələrilə partlatmaq istəyib. Bu hərbi cinayət baş tutacağı təqdirdə, Azərbaycanda böyük fəlakət yaşana, böyük ərazilər su altında qala, bəlkə də yüz minlərlə insan həyatını itirə bilərdi.
Zurabyan bildirib ki, bunun qarşısı İsrailin bütün dünyada yalnız Azərbaycana verdiyi “dəmir günbəz” sayəsində alınıb: “2016-2020-ci illərdə Azərbaycana İsraildən böyük həcmdə silah daxil olub. “Dəmir günbəz” sistemini İsrail yalnız Azərbaycana verib, başqa heç kimə. Niyə? Çünki bu sistem Mingəçeviri 44 günlük müharibədə endirilən zərbələrdən qorumalı idi. Bundan başqa İsrail(Azərbaycana) PUA-lar, Ermənistanın rəqəmsal xəritələrini, yüksək dəqiqlikli “Lora” raketlərini verib. Yəni, Azərbaycana onun qələbəsi üçün kömək göstərilib”.
Göründüyü kimi, ermənilər İsrailin Azərbaycan üçün əhəmiyyətini bizim bəzi insanlardan daha yaxşı anlayırlar...
C.Məmmədov
“AzPoliotika.info”

Şərhlər
Biz dünyanın harasında olur olsun,insanların qırğınına qarşıyıq,yoxsa Fələstindən və ya İsraildən mənə nə kardeşim?Bizə otuz ildə hansı ərəb ölkəsi açıqca dəstək verdi?Fələstinin özü nə vaxt dəstək verdi?Türkiyə,Pakistan aslanlar kimi arxamızda dayanmasaydı vəziyyət rusca olardı.Amma bizə bunca zülm edən,soyqırımı törətmiş ermənilərin yaşayış binalarına bombalar yağdırmadıq.Çünki lap azğın düşmənimiz olsa da dinc insanların qırılmasına qarşıyıq.Ordu orduyla vuruşar,dinc insanları ağına-bozuna baxmadan qırmaq isə heyvanlıqdır.Doğma qardaşımız törədəcək olsa da.
Bizə heç kəs silah pay verməyib.Təkcə dəmir günbəzə 5 milyard dollar verib almışıq.Bir tək dəmir günbəzin qiyməti ermənistanın bu illik büdcəsi qədərdir.
Yasiri müdafiə etdiyiniz kimi, Qarabağı Azərbaycandan çalmağa çalışan Ağabekyanı da, terrorbaşı Köçəriyanı da bir türksoylular kimi müdafiə edə bilərdiniz? Mövzu Haqqa, Haqlıya dəstək reklamı verib.
Azərbaycan cəmiyyətində İsraildən çox dünyaca görkəmli yəhudi alimləri və digər zəkalıları yetişib! Beləliklə, bizlər qardaşıq! Ancaq, məsələ *Dəmir Gümbəz*də deyil, hər vasitəni öz yerində, necə səmərəli işlətmədən asılıdır? Reklama keçəndə Sual yaranır həmin gümbəzlər daha sərfəlidir, ya ABŞ İsrailə göndərəcəyi TADDlar?
Bu meselede kendilerini cıranlar bu siyasəti anlamazlar. Onlar Arafatın "biz erməni xalqı ilə bir milletik" ve Felestinin başındakı indiki zad yəni Abbasın da "biz Ermənilərin Qarabağdakı haqlı davalarında onların yanındayıq" demelerini de göz ardı edirler. Ona göre de Azərbaycan devletinin bu meselede mövqeyi və yürütdüyü siyasət meqbuldur və bundan da xoşlanmayanlar minsinler avtobusa getsinler Qazzede döyüşsünler. Təbii ona da cəsarəti çatacaqsa. Yoxsa sokaklarda boş -boş bağırmağa ne var ki. .
Biz israil ilə dost ölkəyik Biz heç vaxt israilin bizə etdiyi yaxşılığı yaddan çıxara bilmərik.