Menu

“İsrail ordusu Qəzzada quru əməliyyata başlamağa hazırdır” - Səfir

22.10.2023, 22:17
“İsrail ordusu Qəzzada quru əməliyyata başlamağa hazırdır” - Səfir

“İsrail ordusu Qəzza zolağında quru əməliyyata başlamağa hazırdır, lakin tarix hələ müəyyən edilməyib”.

“Report” xəbər verir ki, bu barədə “TASS”a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi bildirib.

“Belə bir məlumatım olmadığı üçün tarixlər barədə heç nə deyə bilmərəm. Bu, hərbi əməliyyata başlamaq üçün əlverişli mövqedə olduğumuz zaman başlayacaq. Ordu buna hazırdır”.

Oktyabrın 22-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, İsrailin Qəzza zolağında mümkün quru əməliyyatı asan məsələ olmayacaq. Onun sözlərinə görə, HƏMAS-ın hazırlaşmağa çox vaxtı var idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol