Menu

ABŞ-nin İraqdakı hərbi bazasına raket hücumu olub

22.10.2023, 23:25
ABŞ-nin İraqdakı hərbi bazasına raket hücumu olub

İraqın İslami Müqaviməti hərəkatına daxil olan şiə silahlı dəstələrinin döyüşçüləri səhər saatlarında Ənbar vilayətindəki ABŞ-nin “Eyn əl-Əsəd” hərbi bazasına hücum ediblər.

Məlumata görə, bazaya bir neçə raket atılıb. Hücumun nəticələri barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 19 və 20-də “Eyn əl-Əsəd” bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmışdı. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol