Menu

“İsrailin quru əməliyyatı təxirə salınıb” – “İsrail ordusu” radiosu

23.10.2023, 14:19
“İsrailin quru əməliyyatı təxirə salınıb” – “İsrail ordusu” radiosu

İsrailin Qəzza zolağında gözlənilən quru əməliyyatının təxirə salındığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “İsrail ordusu” radiosu məlumat yayıb.

Məlumata görə, Tel-Əviv quru əməliyyatını ABŞ-dan əlavə qüvvələr gələnə qədər təxirə salmaq qərarına gəlib.

Xəbərdə İsrail və ABŞ arasında bu mövzuda razılığın əldə edildiyi qeyd edilib.

İsrail rəsmiləri isə əməliyyatın təxirə salınmasının tək yox, bir neçə səbəbinin olduğunu bildirib. Qeyd olunub ki, burada hərbi qüvvələrin əməliyyat hazırlığının artırılması, HƏMAS girovluğundakı mülki şəxslərlə bağlı problemin həlli kimi məsələr də nəzərə alınıb.

Xəbərdə həmçinin ABŞ-ın Yaxın Şərqə daha çox qüvvə göndərməsinin İsrailin xeyrinə olduğu və bu qüvvələrin müharibənin sonrakı mərhələlərində mümkün hücumlara qarşı birgə hərəkət etməyə kömək edəcəyi bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol