Menu

Güneyli milli fəal həbs edilib - FOTO

23.10.2023, 15:04
Güneyli milli fəal həbs edilib - FOTO

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Naser Rəzmcu tutulub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, dünən gecə saat 22:30 radələrində mülki geyimli hökumət qüvvələri həbs qərarı ilə milli fəalın evinə basqın edərək onu həbs ediblər.

Qeyd edək ki, o, həbsindən bir neçə saatdan sonra telefonla Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə köçürüldüyü barədə xəbər verib, lakin indiyədək onun həbsinin səbəbi barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol