Menu

“TÜRKİYƏNİ İSRAİLLƏ MÜHARİBƏYƏ CƏLB ETMƏK İSTƏYİRLƏR...” – “Bu qüvvələrin də başında İran durur”

23.10.2023, 15:29
“TÜRKİYƏNİ İSRAİLLƏ MÜHARİBƏYƏ CƏLB ETMƏK İSTƏYİRLƏR...” – “Bu qüvvələrin də başında İran durur”

“Bəzi qüvvələr inadla Türkiyəni Qəzzadakı müharibəyə cəlb etməyə, İsraillə toqquşdurmağa çalışır”.

Bunu “AzPolitika.info” saytına şərhində politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

O qeyd edib ki, Türkiyənin Fələstin məsələsində mövqeyi hamıya məlumdur, lakin bir sıra qüvvələr Türkiyə və İsrail arasında silahlı qarşıdurma yaratmaq fikrindədirlər: “Bu qüvvələrin də başında İran durur. Coğrafiyamızdakı əksər radikal qrupların havadarı da elə İrandır. İran rəhbərliyi bölgədə vəziyyəti gərginləşdirərək kənardan baxmağa çalışır. Türkiyədə də bəzi qruplar vasitəsilə dövlətin siyasətinə təsir etmək cəhdləri görünür. Hətta aksiyalar da keçirilir, Türkiyə əsgərinin Qəzzaya göndərilməsi üçün çağırışlar edilir. Amma bu, çox təhlükəli çağırışdır. Tək Türkiyə üçün deyil, bütün türkdilli ölkələr üçün ciddi təhdidlər ola bilər. Türkiyə Avropa İttifaqına girməyə çalışır, İsraillə münasibətlər düzəlməyə başlamışdı... İndiki vəziyyətdə, məsələni maksimum dərəcədə diplomatik yolla həll etməyə çalışmaq lazımdır".

Politoloqun fikrincə, İsrail HƏMAS-ı məhv etməyə çalışarkən, əsas hədəf onun hərbi gücünü – “Qəssam” briqadasını sarsırtmaqdır: “Əlbəttə ki, bu elə də asan olmayacaq. Amma İsrailin qarşısında başqa  yol görünmür”.

“2007-ci ildən bəri, Fələstində ikitirəlik hökm sürür. Hazırda Fələstinin iradəsini dünyada əks eksitdirən biri kimi məhz Mahmud Abbas və onun administrasiyası sayılır. Hesab edirəm ki, Qəzzanın gələcəyi üçün ən münasib variant bu bölgədə muxtariyyətin idarəsini təmin etməkdir. Əgər bu məsələ həllini tapsa, o zaman Fələstin dövlətinin yaranması üçün də şərtlər yaranmış olar”, - deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Oxucu. 2023-10-23 19:37:48

Dünənə qədər iranı söyləyirdi,nədənsə bu gün Türkiyəni deyir,hansına inansın bu millət.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol