Menu

Əli Əsədov və Nikol Paşinyan forumda iştirak edəcəklər

23.10.2023, 17:04
Əli Əsədov və Nikol Paşinyan forumda iştirak edəcəklər

Oktyabrın 26-27-də Tbilisidə dördüncü beynəlxalq İpək Yolu Forumu keçiriləcək.

”AzPolitika.info” xəbər verir ki, forumda Azərbaycanın Baş naziri Əli Əsədovun və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir. Tədbirin təşkilatçıları onların məruzə ilə çıxış edəcəyini qeyd edib.

Builki forumun regional və qlobal ticarət və əlaqəni effektiv formalaşdıran amilləri araşdırmaq üçün siyasi və biznes liderləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 60-dan çox ölkədən təxminən 2000 iştirakçının bir araya gəlməsi gözlənilir. 

Forumun əsas müzakirə mövzularına aşağıdakılar daxildir: yeni Şərq-Qərb ticarət arxitekturası, Orta Dəhlizinin artan rolu, rəqəmsal əlaqə, enerji sektorunda diversifikasiya, turizmin davamlılığı və davamlı gələcək üçün şaxələndirilmiş investisiyalar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol