Menu

Kərkükün 7 kəndi İŞİD-dən azad edilib

26.11.2014, 17:25
Kərkükün 7 kəndi İŞİD-dən azad edilib

İraq ordusu və "Peşmərgə" qüvvələri keçirdikləri əməliyyat nəticəsində Kərkük şəhərinin Qaratəpə rayonunun yeddi kəndini "İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlılarından azad edib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İraqın təhlükəsizlik qüvvələri məlumat verib.

"Peşmərgə"nin Kərkükdəki qüvvələrinin komandanı Vesta Rəsul şəhərin cənub-şərqində yerləşən Məktəb-Xalid rayonunda gedən toqquşmalarda üç dəstə üzvünün öldüyünü, 16-nın yaralandığını bildirib.

Onun sözlərinə əsasən, toqquşmalarda minaatanlardan istifadə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol