Menu

Cənubi Qafqazda müharibə bitdi, sülh və əməkdaşlıq zamanıdır - Abdullahian

23.10.2023, 18:14
Cənubi Qafqazda müharibə bitdi, sülh və əməkdaşlıq zamanıdır - Abdullahian

Cənubi Qafqaz regionunda müharibə başa çatıb.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında açılış nitqi ilə çıxış edərkən bildirib.

O qeyd edib ki, indi Cənubi Qafqaz regionunda sülh, əməkdaşlıq və tərəqqi zamanıdır.

“İnanırıq ki, bölgədə əcnəbilərin olması nəinki problemi həll etməyəcək, əksinə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq”, - XİN rəhbəri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol