Menu

Rusiyanın İsraildəki səfirilə "ciddi söhbət" olunub - İsrail KİV

24.10.2023, 11:45
Rusiyanın İsraildəki səfirilə "ciddi söhbət" olunub - İsrail KİV

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla İsrail XİN rəsmiləri arasında Kremlin Qəzzadakı hadisələrlə bağlı mövqeyinə dair söhbət olub.

"AzPolitika.info" bu barədə «The Times of İsrael» nəşrinə istinadla xəbər verir. 

Məlumata görə, səfirə Rusiyanın son proseslərdə oynadığı rolla bağlı İsrailin narazılığı çatdırılıb. Qeyd olunur ki, İsrail XİN Rusiyanı daha balanslı siyasət yürütməyə çağırıb. Moskva BMT Təhlükəsizlik Şurasına HƏMAS-ın adını çəkməyən atəşkəs tələb edən qətnamə təqdim edib və İsraili HƏMAS-a qarşı kampaniyasında “qəddar üsullardan” istifadə etdiyinə görə tənqid edib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol