Menu

"Ermənilər Məşəlidə qardaşımı öldürüb, yandırdılar, atam külünü götürüb" - Zərərçəkmiş

24.10.2023, 12:46
"Ermənilər Məşəlidə qardaşımı öldürüb, yandırdılar, atam külünü götürüb" - Zərərçəkmiş

Ermənilər Məşəli hadisələri vaxtı qardaşımı öldürüb, yandırdılar, onun külünü atam çayniklə götürüb.

APA xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsində zərərçəkmiş şəxs kimi tanınan Camal Allahverdiyev deyib.

O bildirib ki, hadisələr zamanı qardaşı qızı çaya düşüb, donaraq ölüb: "Digər qardaşım və mən xəsarət aldıq. Bu hadisədən sonra hamı Vaqifin, Ernesin, Armayisin adını çəkirdi. Mən heç kimi tanımıram. Xankəndidə işləyirdim. Türk olduğum üçün orda məni qəsdən iş vaxtı yıxdılar. Bundan sonra atam məni Xankəndiyə işə getməyə qoymadı".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol