Menu

“Mən cəbhə xəttindəyəm, o isə Mayamidə...” – Netanyahunun oğluna qarşı etrazlar artır

24.10.2023, 13:06
“Mən cəbhə xəttindəyəm, o isə Mayamidə...” – Netanyahunun oğluna qarşı etrazlar artır

İsraildə ehtiyatda olan əsgərlər orduya çağrılarkən İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netenyahu Mayamidən qayıtmayıb və ehtiyatda olan hərbçi statusunda olmasına baxmayaraq, orduya çağırılmayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşrində dərc olunan məqalədə bildirilir.

“The Times” nəşri sözügedən mövzu ilə bağlı İsrail ordusunda hərbi xidmət keçən hərbçilərin mövqeyini öyrənib.

Adı açıqlanmayan İsrail hərbçisi Britanya nəşrinə müsahibəsində Netanyahunun oğlunun bu davranışlarını düzgün hesab etmədiyini deyib.

“Mən cəbhə xəttində olarkən Yair Mayami çimərliyində həyatdan zövq alır. İşimizi, ailələrimizi, uşaqlarımızı tərk edərək vətənimizə və ailələrimizi qoruyan bizik. Qardaşlarımız, atalarımız, oğullarımız hamısı cəbhə bölgəsinə gedir, amma Yair hələ də burada deyil. Bu, ölkə rəhbərliyinə inamın azalmasına səbəb olur”,-deyə o, bildirib.

Qeyd edək ki, Yair Netanyahu heç vaxt döyüşçü olmasa da, məcburi hərbi xidmətini başa vurub və İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü bölməsində çalışıb. Yair sosial media fəaliyyəti ilə bağlı mübahisələrdən sonra ABŞ-yə köçüb.

Baş nazirin oğlu hökumətin məhkəmə islahatlarına qarşı nümayiş keçirən yüz minlərlə israillini “terrorçular” adlandırdıqdan və ABŞ-ı qiyamları maliyyələşdirməkdə ittiham etdikdən sonra ictimai rezonansa səbəb olub.

32 yaşlı Yair bu ilin əvvəlində Floridaya köçüb və hələ də orada yaşayır.

"AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol