“Donetsk vilayətinin Avdeevka şəhərinə hücumun on günü ərzində (oktyabrın 10-dan 20-dək) rus qoşunları ən azı 109 hərbi texnika və bütöv bir briqadanın şəxsi heyəti qədəri itkilər verib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna “OSINT” ("open source intelligence" - açıq mənbələrdən məlumatların toplanması-red.) analitikləri peyk görüntülərinin təhlili əsasında məlumat yayıblar.
Analitiklərin fikrincə, ruslar ən çox piyada döyüş maşınlarını, zirehli transportyorlarını və T-64, T-72 və T-80 tanklarını itiriblər.
Mütəxəssislərin fikrincə, Avdeevkaya hücumun Rusiya komandanlığı üçün əhəmiyyətini rus qoşunlarının xeyli sayda müasir və modernləşdirilmiş texnika yerləşdirməsi sübut edir.
“AzPolitika.info”


Şərhlər