Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, dünyada və Ukraynada “böyük sursat çatışmazlığı” var, ona görə də ölkədə istehsal prosesini qurmaq lazımdır.
"AzPolitika.info" xəbər verir ki, Şmıqal bunu “Financial Times”-a müsahibəsində bildirib.
“Təkcə Ukraynada deyil, bütün dünyada böyük sursat çatışmazlığı var... Başa düşürük ki, biz onları burada, Ukraynada istehsal etməliyik, çünki bütün dünyada onlar bitib, tükəniblər. Bütün anbarlar boşdur”.
Onun sözlərinə görə, Ukraynada dron istehsalı artsa da, komponentlər baxımından çatışmazlıqlar davam edir.
Rüfət
AzPolitika.info


Şərhlər