Fransanın Ermənistanla hərbi anlaşmaları və bu ölkəyə silah vermək qərarı təkcə Azərbaycanda müzakirə mövzusu deyil.
“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Fransanın Ermənistana verəcəyi silahlar və hərbi dəstəyin mümkün effektivlik səviyyəsini özünün “feysbuk” səhifəsində şərh edib.
Ukraynalı ekspertin fikrincə, Fransanın səyləri 2020-ci ildə hərbi potensialı Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş erməni ordusunu xilas edə bilməyəcək. Bunun səbəbləri çoxdur və onlardan biri də Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistan ordusunun tamamilə Rusiya hərbi sisteminə inteqrasiyasıdır. Həmçinin, Paris bu silahları Ermənistana təmənnasız olaraq vermək fikrində də deyil: “Fransanın Ermənistana bu silahları xeyriyyəçilik əsasında verəcəyinə dair böyük tərəddüdlər var. Hansı ki, uzun illər, hətta onilliklərlə Ermənistan öz hərbi potensialını məhz bu cür formalaşdırıb. Rusiyadan kreditlə silahlar alıb, sonra isə bu kreditlər ümumiyyətlə, silinib. Bu format çətin ki, Ermənistanın Fransa ilə münasibətlərində işləsin... Bu məsələlərdə İrəvanın Moskvadan asılılığı o qədər yüksəkdir ki, bunu qısa, hətta orta perspektivdə aradan qaldırmaq mümkün deyil və Fransa Ermənistanın Qarabağda itirdiyi, artıq boğulmaq üzrə olan müdafiə qabiliyyətini xilas edə bilməyəcək”.
Kovalenko həmçinin qeyd edib ki, Ukraynaya silah verən Fransanın eyni zamanda Ermənistana və digər ölkələrə də ciddi həcmlərdə silah ötürəcək böyük potensialı yoxdur.
“AzPolitika.info”


Şərhlər