Rusiya Dövlət Duması ölkədə sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan Ermənistan vətəndaşlarının milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistana gəlincə, biz görürükki, rus dilinin statusu yoxdur. Hökumətin son qərarlarıisə qətiyyən bu sahədə münasibətləri inkişaf etdirmək məqsədi daşımır” - deyə, mətbuat xidməti spiker Vyaçeslav Volodindən sitat gətirir.
O, vurğulayıb ki, əslində bu qanun layihəsində Ermənistana əlavə üstünlüklər verilməsi təklif olunur. Ancaqrəsmi İrəvan rus dilinin statusunun möhkəmləndirilməsi üçün heç bir addım atmayıb.
Məhz bu əsasda Rusiya Federasiyası digər ölkələrin milli sürücülük vəsiqələrinin Rusiya ərazisində istifadəsinə icazə verir.
“Biz Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı belə qərarlar qəbul etdik. Çünki konstitusiyaya uyğun olaraq onlarda rus dilinə müəyyən statustətbiq edilib” - deyə, Volodin qeyd edib.
Plenar iclasın əvvəlində qanun layihəsinə baxılmasının dayandırılması təklifini Nəqliyyat və Nəqliyyat Strukturunun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev verib.
Onun fikrincə, bu təşəbbüs hazırda Rusiyanın maraqlarına uyğun gəlmir.
Öz növbəsində, Volodin Dövlət Dumasının müvafiq komitələrinə məsələni öyrənməyi və gələcək addımlar təklif etməyi tapşırıb.
“AzPolitika.info”


Şərhlər