Menu

İsrail Baş Qərargah rəisi ordunun əsas məqsədini açıqlayıb

24.10.2023, 18:34
İsrail Baş Qərargah rəisi ordunun əsas məqsədini açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin Qəzzaya quru əməliyyatı "strateji səbəblərə görə" təxirə salınıb.

"AzPolitika.info" İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə (IDF) Baş Qərargah rəisi general-leytenant Herzi Halevi Qəzza zolağı ilə sərhəd yaxınlığında keçirdiyi mətbuat konfransında deyib.

Baş Qərargah rəisi artıq HƏMAS-ın peşman olduğunu iddia edib.

Hava zərbələri ilə törətdikləri qətliamların üzərindən sükutla keçən Herzi Halev HƏMAS-ı sarsıtdıqlarını bildirib.    

O, quru hücumunda gecikmənin "taktiki və hətta strateji mülahizələrlə" bağlı olduğunu, lakin bu gecikmənin daha yazşı hazırlaşmaq üçün imkan verdiyini qeyd edib.

"Biz daha da hazır olmaq üçün hər dəqiqədən istifadə edirik" — deyə.o, əlavə edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol