Menu

“Rusiyanın bu müharibədə 5 hədəfi var...” – “Müharibəni ədalətli sonluğa çatdırmaq lazımdır”

25.10.2023, 17:40
“Rusiyanın bu müharibədə 5 hədəfi var...” – “Müharibəni ədalətli sonluğa çatdırmaq lazımdır”

Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak müharibənin indiki mərhələsində Rusiyanın öz qarşısına qoyduğu hədəfləri açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, M.Podolyak öz “Teleqram” kanalındakı paylaşımında həmin hədəfləri sadalayıb.

Prezident Ofisinin müşaviri hesab edir ki, hazırda Rusiyanın birinci hədəfi istənilən qurbanlar bahasına cüzi də olsa irəliləyişə nail olmaqdır: “Birincisi, böyük miqyaslı “ət hücumları” ilə heç olmasa 500 metr irəliləmək. Bu, təbliğat məqəsədilə edilir. İkincisi, dünyanın müxtəlif regionlarında qeyri-stabillik ocaqları yaratmaq. Rusiya dünya demokratiyasının diqqətini yayındırmaq üçün bu cür münaqişələrin uzadılmasına çalışır. Üçüncüsü, Ukraynada münaqişəni mütləq şəkildə dondurmaq, hərbi əməliyyatların intensivliyini azaltmaq və işğal olunmuş ərazilərin bir hissəsində mövcudluğunu saxlamaq”.

Podolyak hesab edir ki, birinci üç hədəf Ukraynadakı müharibənin növbəti mərhələsinə çıxmaq üçün lazımdır: “Dördüncüsü, bir növ “terrorçu alyans” çərçivəsində üçüncü ölkələrdə durmadan raket, mərmi, dron axtarışı və istehsalı şəbəkəsini qurmaq. Beşincisi isə tərəflərin əhəmiyyətli irəliləyişi olmadan müharibəni mövqe döyüşləri səviyyəsinə salmaq və bununla da qlobal proseslərə(Rusiyanın) təsirini qismən də olsa bərpa etmək”.

Ukrayna Prezident Ofisi hesab edir ki, Rusiyanın bu hədəflərinə nail olmasının qarşısını demokratik ölkələrin birliyi və qətiyyəti ilə asanlıqla almaq olar: “Müharibəni ədalətli sonluğa çatdırmaq və yeni qlobal nizamın arxitekturasına nail olmaq lazımdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol