Menu

Çempionlar Liqası: “Barselona” və “Feyenoord”dan qələbə

25.10.2023, 23:48
Çempionlar Liqası: “Barselona” və “Feyenoord”dan qələbə

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turunun yekun matçları keçirilir.

Bu axşam oynanılması nəzərdə tutulan səkkiz matçdan artıq ikisi başa çatıb.

H qrupunda lider “Barselona” “Şaxtyor”u qonaq edib. Katalon klubu minimal fərqlə olsa belə, doğma meydanda azarkeşlərini sevindirməyi bacarıb - 2:1.

F qrupunda isə “Latsio” “Feyenoord”un qonağı olub. Burada da qarşılaşma qonaqların məğlubiyyətilə yekunlaşıb. İtalyanların gücü buraxılan qollardan yalnız birinin əvəzini çıxmağa çatıb - 3:1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol