Menu

Dünyanın ən etibarlı aviaşirkətinin rəhbəri istefa verdi

26.10.2023, 11:05
Dünyanın ən etibarlı aviaşirkətinin rəhbəri istefa verdi

27 illik xidmətdən sonra Qətər Hava Yollarının – “Qatar Airways” Qrupunun Baş İcraçı Direktoru Akbar Al Baker noyabrın 5-dən etibarən vəzifəsindən istefa verəcək və onun yerinə Badr Mohammed Al Meer təyin ediləcək.

“AzPolitika.info” bu barədə Qətər mediasına istinadla xəbər verir.

Akbar Al Bakerin rəhbərliyi altında “Qatar Airways” qlobal miqyasda ən tanınan və etibarlı brendlərdən birinə çevrilib, müştəri xidməti keyfiyyəti və ən yüksək standartlarla sinonimləşib. Qətərin milli aviadaşıyıcısı "Dünyanın ən yaxşı aviaşirkəti" mükafatının misli görünməmiş yeddiqat qalibi (2011, 2012, 2015, 2017, 2019, 2021 və 2022) olub.

Dəfələrlə mükafat qazanan Qətər Hava Yolları, “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı tərəfindən keçirilən "Dünyanın ən yaxşı biznes sinfi" nominasiyasında onuncu dəfə 2023 Dünya Hava Yolları mükafatına sahiblənib.

“Qatar Airways” “Skytrax” tərəfindən 2021 və 2022-ci illərdə ardıcıl olaraq "Dünyanın ən yaxşı hava limanı" seçilən Həmad Beynəlxalq Hava Limanı vasitəsilə dünya üzrə 160-dan çox istiqamətə uçuşlar həyata keçirir.

Bu il Həməd Beynəlxalq Hava Limanı “Skytrax” tərəfindən dünyanın ən yaxşı ikinci hava limanı seçilib və ardıcıl doqquzuncu dəfə “Yaxın Şərqin ən yaxşı hava limanı” mükafatını, həmçinin “Dünyanın ən yaxşı hava limanı alış-verişi” mükafatını alıb.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol