Menu

“Burada Əli Əsədovu və Nikol Paşinyanı salamlamaqdan şadam...” – Gürcüstanın Baş naziri

26.10.2023, 13:43
“Burada Əli Əsədovu və Nikol Paşinyanı salamlamaqdan şadam...” – Gürcüstanın Baş naziri

“Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə İpək Yolu Forumunun açılışında deyib.

“Hökumətimin Sülh Qonşuluq Təşəbbüsünün köməyi ilə biz qonşularımız və dostlarımızla - Ermənistan və Azərbaycanla, nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq”, - o vurğulayıb.

Qaribaşvili forumda iştirak etmək üçün gələn Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədovu və Nikol Paşinyanı salamlamaqdan şad olduğunu deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol