Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB-nin hökumətlərarası şuralarının iclaslarına qatılmaqdan imtina edib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, bu tədbirlərdə İrəvanı Baş nazirinin müavini Mher Qriqoryan təmsil edəcək.
Xatırladaq ki, N.Paşinyan iki həftə əvvəl Bişkekdə keçirilən MDB dövlət başçılarının toplantısına da qatılmayıb. Baş nazir bu gün Gürcüstana birgünlük işgüzar səfərə gedib və o hazırda “İpək Yolu - Tbilisi” beynəlxalq konfransında iştirak edir.
“AzPolitika.info”


Şərhlər