Menu

“Kanada da Ermənistan–Azərbaycan sərhədinə müşahidəçilər göndərir” – Nazir müavini

26.10.2023, 15:14
“Kanada da Ermənistan–Azərbaycan sərhədinə müşahidəçilər göndərir” – Nazir müavini

“Çox yaxında Kanada Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün İrəvana iki müşahidəçi göndərəcək”.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. “Ümid edirik ki, Kanada gələcəkdə bu töhfəni genişləndirəcək”, - Hovhannisyan deyib.

Nazir müavini qeyd edib ki, Kanada Xarici işlər nazirinin Ermənistana səfəri kifayət qədər əhəmiyyətli hadisə olub: “Ermənistanda Kanada səfirliyi açıldı ki, bu da Kanadanın xüsusi diqqətinin göstəricisidir. Səfər zamanı nazir humanitar yardım məsələlərinə də toxunub, Kanada yardımını üç dəfə artırıb və əməkdaşlığın dərinləşdirilməsi üçün bütün yolları təqdim edib. Kanada Ermənistanda demokratiya və insan haqları sahəsində islahatlara yardımın genişləndirilməsi perspektivində maraqlıdır. Çoxlu proqramlar müzakirə olundu. Siyasi baxımdan nazir dəfələrlə Ermənistanın müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının Kanada üçün vacib olduğunu vurğulayıb”, - nazir müavini qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol