Bu ayın sonuna qədər Rusiyanın almaz idxalına qadağa qoyan G7-nin bəyanatı, daha sonra isə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 12-ci raund təklifi gözlənilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən yazır.
"İndi bu elementləri Avropa səviyyəsində hüquqi mətnlərə çevirməzdən əvvəl G7-nin son xeyir-duasına ehtiyacımız var" — deyə Avropa İttifaqının diplomatı qeyd edib.
İkinci mənbə bildirib ki, elanın bir həftə ərzində veriləcəyi gözlənilir. AB-nin 12-ci sanksiya paketinin Rusiya almazlarına yönələcəyi gözlənilir.
Rüfət
AzPolitika.info


Şərhlər