Menu

Rusiya Ukraynaya kubalı muzdlular gətirir – KİV

26.10.2023, 15:24
Rusiya Ukraynaya kubalı muzdlular gətirir – KİV

Rusiya kütləvi şəkildə Kubadan Ukraynaya qarşı müharibəyə muzdlu əsgərlər cəlb edir.

“AzPolitika.info” «Ukrianskaya Pravda»ya istinadla xəbər verir ki, bu barədə Xüsusi Əməliyyat Qüvvələri tərəfindən yaradılmış Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Xüsusilə, «yeraltı» məlumatlara görə, kubalılar Kupyansk istiqamətində, eləcə də Baxmut və Qorlovka arasında istifadə olunur. Bundan əvvəl Kiber Müqavimət fəalları Tula şəhərində hərbi müqavilə xidməti üzrə seçim məntəqəsinin rəhbəri Anton Perevozçikovun elektron poçtunu sındıraraq, Kuba vətəndaşlarının işə götürülməsi barədə yazmışdılar.

Sözün əsl mənasında: "Rusların özləri kubalıları irəli dəstələrə göndərdikləri üçün fəxr edirlər, çünki onlara «yazıqları gəlmir». Kubalılara münasibət tipik rus şovinizminə uyğundur. Əslində onların Rusiya modelində əsas rolu əvvəlcə ölməkdir”. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol