Biz Qərb kütləvi İnformasiya vasitələri rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alırlar. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-ın “WSJ”-ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Təəssüflər olsun ki, hazırki Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsi ilə həll edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Şərhlər