Ermənistanın sabiq Baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Baqratyan hazırkı Baş nazir Nikol Paşinyanın fiziki məhvinə dair çağırışlar etdiyi üçün məsuliyyətə cəlb olunacaq. Belə ki, o, 2023-cü il 4 aprel mitinqində Ermənistanda yaranmış vəziyyətə görə Paşinyanı ittiham edərək, ona qarşı fiziki zorakılığa dair çağırışlar edib.
Məhkəmə qərarı ilə istintaq dövründə Baqratyanın Ermənistandan çıxışına qadağa qoyulub.
“AzPolitika.info”


Şərhlər