“Vaşinqton Ermənistan və Azərbaycana sülh sazişinin bağlanmasında yardımı davam etdirəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Brüsseldə planlaşdırılan görüşün ləğvini şərh edərkən deyib.
“Biz inanmaqda davam edirik ki, iki tərəfin sülh razılaşması əldə etməsi onların özlərinin, regionun və dünyanın maraqlarına uyğundur. Biz təşviq etməkdə davam edəcəyik”, - Miller bildirib.
“AzPolitika.info”


Şərhlər