Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Hazırda nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var. Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq.


Şərhlər
Səhiyyə Nazirliyini Şərəliyevin getməsi ilə ləğv edilət.yalnız adı və bir sıra müftəxorları saxlayıblar ki,maaş yazsınlar.Təbib in isə yaranma ehriyacı.yəni hansı ehriyacdan yarandığını heç kim aydınlaşdırmayıb.Ona görə Azərbaycanda səhiyyə pərakəndə halda alver bazasına çevrilib..
Səhiyyə naziri "potfelsiz nazir" səviyyəsindədir. Kiçik bir ölkədə səhiyyənin idarə edən 3 qurum fəaliyyətdədir. Səhiyyə isə bərbad gündədir.