Menu

RUSİYA MN-dən MÜHÜM ADDIM - Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişdi

27.10.2023, 21:21
RUSİYA MN-dən MÜHÜM ADDIM - Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişdi

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını  nəhayət “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. (Mənbə: TASS)

Şərhlər

B.Qarabağlı 2023-10-28 09:03:30

RF Kremlinin Sərhədlər müdafiə təklifi Zaqafqazda da aktual dövrünə çatıb? Ermənistan ABŞ, AFR, BB, Fransa, Kanada kimi güclü, İran, Hindistan kimi tərəfdaşları ilə Aİ üzvü kimi də əsl dünyəvi dövlətə çevrilib! RF qüvvələrinə bir iş qalır MDBnin ən sadiq üzvü Azərbaycanın sərhədlərini Ermənistan Aİdan birgə müdafiə etsinlər???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol