Fələstin HƏMAS hərəkatının komanda mərkəzi, eləcə də İsrailə hücumlar üçün yeraltı və yerüstü infrastruktur Qəzza şəhərində ən böyük “Şifa” xəstəxanasının ərazisində yerləşir.
Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat katibi, briqada generalı Daniel Haqari iddias edib.
"HƏMAS xəstəxananın (Şifa) ərazisində müxtəlif yerlərdə komanda və əməliyyat mərkəzləri yerləşdirib. Buradan raket atəşi və HƏMAS bölmələrinin komandanlığı həyata keçirilir. Bizim əlimizdə konkret sübutlar var" - Haqari brifinqdə bildirib.
O, HƏMAS düyüşçülərinin xəstəxanada gizləndiyini iddia edib.
Qeyd edək ki, İsrailin bir neçə gün əvvəl bombaladığı xəstəxanada yüzlərlə günahsız insan, o cümlədən körpələr və uşsaqlar qətklə yetirilib. İsrail rəhbərliyi beynəlxalq ictimaiuyyətin kəskin etirazından sonra xəstəxananı bombaladığını inkasr edirdi.
Ancaq Haqarinin dedikələri xəstəxananı məhz İsrail ordusunun bombaladığını dolaysı ilə təsdiqləyir. Bu eyni zamanda İsrailin növbəti qətliama hazırlaşdığından xəbər verir.
"AzPolitika.info"


Şərhlər