Menu

“Rusiya Avdeyevkada 4000 hərbçisini itirib” - Ömərov

28.10.2023, 14:10
“Rusiya Avdeyevkada 4000 hərbçisini itirib” - Ömərov

“Donetsk vilayətindəki Avdeyevkaya hücum zamanı 28 oktyabr tarixinə Rusiya işğalçı qüvvələri 4000 nəfər şəxsi heyət üzvünü itirib”.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Rüstəm Ömərov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı zamanı deyib.

Qeyd edək ki, Rusiya ordusu bir neçə gündür Avdeyevka istiqamətinə qüvvə toplamaqda və hücum əməliyyatları həyata keçirməkdə davam etsə də, bu yaşayış məntəqəsini işğal etməyə müvəffəq olmayıb.

Ömərov Ostinə ABŞ-nin hərbi yardımına görə təşəkkür edib və bildirib ki, ATACMS raketlərinin tədarükü bundan sonra işğalçı qüvvələrin dərinliklərdə gizlətdiyi silah anbarlarını və komanda mətəqələrini daha effektiv şəkildə məhv etməyə imkan verəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol