Menu

Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın olub

28.10.2023, 21:03
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın olub

Sumqayıtda Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsinin inzibati binasındakı yanğın söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 30 kv.m-lik ərazi yanıb.

Qeyd edək ki, yanğın inzibati binanın ikinci mərtəbəsində paltardəyişmə otağında başlayıb.

Hadisə zamanı mühafizəçi Xəqani Məmmədov tüstüdən zəhərlənib. Ona yerində ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol