Dəyərli soydaşlar!
Bildiyimiz kimi 29 oktyabr Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd edilir. Bu tarixi gün türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Cənubi Avropanın, Yaxın Şərqin və Şimali Afrikanın böyük hissəsinə hökmranlıq etmiş 700 illik imperiyasının yerində yeni bir sivil dövlət - Türkiyəyə Cümhuriyyəti yarandı və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəldi.
Belə ki, Birinci Dünya müharibəsi (1914-1918) gedişində Osmanlı imperiyası nəinki geniş coğrafiyasından məhrum olmuş, hətta özünün tarixi ərazisini, indiki Türkiyənin böyük hissəsini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Osmanlı dövləti müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edilərək 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirməsi, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülməsi ilə nəticələndi. Sazişə görə Osmanlının əlində indiki Türkiyənin təxminən üçdəbiri qalmışdı. Belə ağır şəraitdə Mustafa Kamal Atatürk Osmanlı ordusunun vətənpərvər zabitləri ilə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı.
30 avqust 1923 -cü il Zəfəri ilə yeni dövlətin quruluşunun təməli qoyuldu. Türkiyə Lozannada yeni beynəlxalq konfransın çağırılmasına Sevr anlaşmasının ləğv edilməsinə nail oldu və ərazisini indiki sərhədlər çərçivəsində təsbit etdi. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından çıxartmaqla yeni dövrə qədəm qoydu.
1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Hazırda Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km, əhalisi 86 milyondan çoxdur.

Bu il qardaş Türkiyə Cümhuriyyətin 100 illik yubileyi təntənə ilə qeyd edir.
Bu münasibətlə başda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət və hökumət üzvlərini, müxalifət partiyalarının liderlərini və millət vəkillərini, eyni zamanda bütün dünyada yaşayan türk qardaşlarımı səmimi qəlbdən təbrik edirəm! Türkiyənin 100-cü ili eyni zamanda türk dünyası üçün yeni əsrin başlanğıcıdır.

29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edildiyi gündən dünyada ədalətin bərqərar olmasına, dünya insanlarının hüquq bərabərliyinə nail olmaq üçün daima mübarizə aparmış, insanlığın dəyərini layiqincə qiymətləndirmişdir. Bu gündə dinindən, irqindən, millətindən asılı olmayaraq haqqı tapdalanan bütün insanların ümid məkanına çevrilmişdir.
Türkiyə ədalətin simvoludur!
Azərbaycan-Türkiyə əlaqələri daima tarixi dostluq, qarşılıqlı etimad, səmimi qardaşlıq münasibətləri əsasında qurulmuşdur. Xalqlarımızın eyni soykök, dil, din, mədəniyyət və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər yaşadığımız bu ağır günlərdə, dünyanın üstümüzə gəldiyi məqamlarda öz sözünü dedi.

Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş dövlətin münasibətləri barəsində belə deyir: “Həm Türkiyə, həm də Azərbaycan tərəfindən vahid siyasət yaradıldı. Atamın böyük bir kəlamı var: “Bir millət, iki dövlət”. Bu sözlər bizim üçün işıqlı yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq hər istiqamət üzrə münasibətləri gücləndirdik. Ona görə də Azərbaycanda Türkiyəyə böyük sevgi-məhəbbət var. Hər zaman belə olub. İkinci Qarabağ müharibəsindən sonra bu, daha gücləndi. Xalq kimin onun yanında olduğu gördü.”
Bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət keyfiyyətcə yeni müstəviyə keçərək ümumtürk birliyinin yaranmasına ən böyük töhvədir. İnanıram ki, analoqu olmayan bu münasibətlər yeni qurulan müasir dünyanın geopolitik mənzərəsinə öz müsbət təsirini verəcəkdir.
Bu bayramı türk xalqına bəxş edən Mustafa Kamal Atatürk və bütün silahdaşlarını dərin hörmətlə anırıq!
Bir daha bayramımız mübarək!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Şərhlər
Qəzzanın “Şifa” deyə ikinci xəstəxanasının yaxın zamanlarda vurulma ehtimalı çox yüksəkdir.Cümə gününə keçən gecə İsrail qüvvələri Qəzzaya bir qədər girmişlər,iki həftəlik ağır bombardmandan sonra Həması yoxlamaq məqsədilə,amma çox da açıb ağartmasalar da Həmas döyüşçülərinin ciddi müqavimətiylə üzləşib itki verərək geri çəkilmişlər.Cümə günü o üzdən Qəzzanı o günə qədər bombaladıqlarından çox daha ağır bombalamağa başlamışlar.”Şifa”nı da o gün vura bilirdilər,belə ki o yan-yörədəki ölkələri hərəkətə keçirib bütün Yaxın Şərqi qan gölünə döndərmək üçün artıq bir tək o xəstəxananı bombalamaq yetərlidir;od üstünə benzin tökmək kimi bir şey olar bu. Əgər Ərdoğanın mitinqi cümədən əvvəl olsaydı “Şifa”nı cümə günü bombalayacaqdılar.Çünki cümə dini hisslərin yüksəldiyi gündür İslam aləmi üçün.Amma Ərdoğanın mitinqi şənbə günü olacaqdı deyə onun İsrailə qəti nə deyəcəyini bilmirdilər.Ərdoğan isə bəlliydi ki sərt danışacaqdı,amma onun Qəzza məsələsi üçün də “Bir gecə ansızın gələbiliriz” deməsi türk ordusunun bu işə seyrçi qalmayacağını göstərmiş oldu.Odur ki əgər bütün bu Həmas-İsrail qarşıdurmasının qəflətən alovlandırılmasında gizli məqsəd Qərb aləminin Türkiyəni münaqişəyə cəlb etmək həvəsidirsə o zaman İsrailə “Şifa”nı bu gün-sabah mütləq vurduracaqlar,çünki “Brilliant əl”də deyildiyi kimi “Klient sozrel”.Ərdoğan səlibçi-müsliman savaşı məsələsini boşuna demədi;dünyanın qulaq kəsildiyi milyon yarımlıq mitinqdə Ərdoğan kimi zəkalı lider bir kəlmə belə boşuna deməz.Çünki Türkiyə ordusunun Qəzzaya müdaxilə etməsiylə digər müsliman ölkələri də,eləcə də dünyada nə ki İslami qrup və təşkilatlar,mücahidlər varsa birbaşa və dolayısıyla silaha sarılmalı olacaq.Sürüdən ayrı qalan qoyunu canavar parçalayar prinsipiylə xristianlar da bir yerə cəm olacaqlar və min ildən sonra yeni haçlı-müsliman savaşları başlayacaq.