"İsrail fələstinli məhbusları azad etsə, biz də əlimizdə olan məhbusları azad edəcəyik".
Bu sözləri HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde deyib.
O, "hamının hamıya" prinsipi əsasında əsir və məhbusların azad edilməsini təklif edib.
Əllərində çox sayda əsir olduğunu bildirən Ubeyde ilk növbədə İsraildən bu addımə gözlədiklərini qeyd edib: "Düşmən bir anda əsir dosyesini bağlamaq istəsə, bu addımı atsa, biz də buna hazırıq".
Qeyd edək ki, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar 23 gündür davam edir. İsrail Qəzzada dəhşətli qətliamlar törətməkdədir.
"AzPolitika.info"


Şərhlər