Menu

İsrail Qəzzada quru əməliyyatı planlarını yenə təxirə saldı

29.10.2023, 14:54
İsrail Qəzzada quru əməliyyatı planlarını yenə təxirə saldı

İsrail Qəzzada quru əməliyyatı planlarını dayandırıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.

Bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini narahat edib.

Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, İsrail mərhələli əməliyyat keçirir və bu əməliyyat zamanı Qəzzada HƏMAS yaraqlıları aşkar edildikdən sonra daha böyük qüvvələr işə düşəcək. 

Nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Mik Malroyun sözlərini sitat gətirib: “Zəif tərəflər və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələr gətirilir”.

Qeyd edək ki, artıq bir neçə dəfə İsrail ordusunun  quru əməliyyatına başladığı elan edilsə də, sonradan təxirə salındığı elan olubnub. Ekspertlər bunu İsrail ordusunun HƏMAS-ın müqavimətindən ehtiyat etməsi, böyük itkilər verə biləcəyini anlaması ilə bağlayırlar. 

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol