İsrail Dağıstanda baş verən hadisələri izləyir.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.
“İsrail ümid edir ki, Rusiya hüquq-mühafizə orqanları israillilərin və yəhudilərin təhlükəsizliyini təmin edəcək. Biz israillilərə qarşı yönəlmiş bu hərəkətlərə qarşı qətiyyətlə cavab veriləcəyini gözləyirik”, - deyə qeyd olunub.
Oktyabrın 29-da Mahaçqalada insanlar Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Onlar gələn İsrail vətəndaşlarının ölkəyə girişinə qarşı olublar.


Şərhlər
Aaaa!Mahaçqalalı gardaşlar bomba atıblar ki aerodroma onlara qarşı qətiyyətlə cavab verilsin?Heç 8 minə qədər fələstinli bombardmanla öldürüləndə buna qarşı qətiyyətlə cavab verilmir,kimisə təyyarədən düşməyə qoymayıblar deyəmi qətiyyətlə cavab veriləcək?İnsanlarla qeyri-insani davranışlara görə cavab verməyə lüzum olmadığını özün yayırsan dünyaya,amma bir yandan da öz vətəndaşlarına qarşı qeyri-insani davranıldığında tədbir görülməsinimi istəyirsən?Yox,kardeşim,bu cür olmaz.”Bir nəfər hamı üçün,hamı bir nəfər üçün” o deməkdir ki,sən başqalarına necə baxarsansa başqaları da sənə elə baxar.Heç olmasa Mahaçqala hadisəsindən anla ki,atəşkəs çağırışını eşitməmək nə kimi arzuolunmaz hadisələrə gətirib çıxara bilər.Vahid demiş,”İnsanlığa nifrətlə baxanlar,Dünyada bir ad qoysa da insan ola bilməz”.