Yaxın Şərqdə vəziyyətin hədisz dərəcədə gərginləşməsinə və rəsmi Vaşinqtonun İsraili birmənalı şəkildə dəstəkləməsinə baxmayaraq, ABŞ İsrailə qoşun göndərmək fikrində deyil.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Vitse-Prezidenti Kamala Xarris belə bir bəyanatla çıxış edib.
“Bizim İsrailə, yaxud Qəzzaya qoşun göndərməklə bağlı qətiyyən heç bir niyyətimiz yoxdur və nöqtə!”, - deyə Xarris “CBS” kanalına açıqlamasında bildirib.
Xarris əlavə edib ki, ABŞ İsrailə öz hərbi avadanlıqları və müşavirləri ilə kömək etsə də, İsrailin müharibəni necə aparmasını diqtə etmir.
Qeyd edək ki, bundan öncə ABŞ İsrailə öz hərbi müşavirlərini, eləcə də İrakdakı küçə döyüşlərində təcrübə qazanmış zabitlərini məsləhət vermək üçün göndərdiyini elan edib. Regiona göndərilən iki aviadaşıyıcı gəminin isə “Hizbullah”-ın müharibəyə qarışmasının qarşısını almaq funksiyası daşıqığı qeyd olunub.
“AzPolitika.info”


Şərhlər