Almaniya sakinləri Avropada müharibə təhlükəsinin olması fikrinə öyrəşməlidirlər.
“AzPolitika.info” ZDF telekanalına istinadən xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O, hesab edir ki, Yaxın Şərqdəki münaqişə və Rusiyanın Ukraynaya qarşı müharibəsi alman cəmiyyətinə nəticə çıxarmaq üçün əsaslar verməlidir. Nazirin fikrincə, Almaniya özünü müdafiə etməyi bacarmalıdır - həm ordu, həm də cəmiyyət olaraq. "Biz müharibəyə hazır olmalıyıq", - nazir vurğulayıb.
Eyni zamanda, o əlavə edib ki, Almaniya Yaxın Şərq münaqişəsində gərginliyin qarşısını almaq üçün hər şeyi edəcək. O qeyd edib ki, Bundesver üçün təkcə 100 milyard avro dəyərində xüsusi fond yaradılmayıb, həm də strukturlar dəyişdirilib.
“30 ildə korlanmış hər şeyi, təəssüf ki, 19 ayda düzəltmək mümkün deyil”, - deyə Pistorius əlavə edib.
Rüfət
AzPolitika.info


Şərhlər