Dağıstanın Səhiyyə Nazirliyi Mahaçqala hava limanında baş verən iğtişaşlar zamanı 20-dən çox insanın yaralandığını, onlardan 10-nun ağır xəsarət aldığını, o cümlədən ikisinin vəziyyətinin son dərəcə ağır olduğunu bildirib. Ən azı 9 polis əməkdaşı yaralanıb, onlardan ikisi xəstəxanadadır.
Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi bildirib ki, polis Mahaçqala hava limanında 150 “aktiv iğtişaşçı” müəyyən edib, onlardan 60-ı saxlanılıb.
Dağıstanın rəhbəri Sergey Məlikov dünənki hadisələrə presedent olan bir sıra faktlar üzrə cinayət işinin başlandığını açıqlayıb. O, həmçinin söz verib ki, günahı olan heç kəs bağışlanmayacaq.
Federal Hava Nəqliyyatı Agentliyi hava limanının fəaliyyətinin dayandırılması müddətini azaldıb, aeroport oktyabrın 31-nə keçən gecə açılacaq. Əvvəlcə hava limanının noyabrın 6-na kimi bağlanacağı bildirilirdi.
Bazar günü axşam saatlarında minə qədər insan Mahaçqala hava limanını ələ keçirərək, Tel-Əvivdən gələn təyyarəyə görə etiraz nümayişi keçirib. Toplananlar İsrailə etiraz edərək yəhudilərin bölgədən çıxarılmasını tələb ediblər.
Toplanan izdiham hava limanının binasına soxularaq İsraildən gələn sərnişinləri axtarmaq üçün aerodrom ərazisinə daxil olub. Əvvəllər yerli ictimai səhifələr yəhudilərin şəhərə girməsinin qarşısını almaq üçün sakinləri Təl-Əvivdən gələn reysləri qarşılamağa çağırırdı.
“AzPolitik.info”


Şərhlər