Menu

25 ölkənin vətəndaşı Rusiyada rahat biznes qura biləcək – Siyahıda Azərbaycan da var

30.10.2023, 14:39
25 ölkənin vətəndaşı Rusiyada rahat biznes qura biləcək – Siyahıda Azərbaycan da var

Rusiya hökuməti bir sıra ölkələrin şirkətləri və vətəndaşlarının Rusiyada biznes qurmalarını asanlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bu barədə müavinləri ilə görüşündə deyib. Onun sözlərinə görə, bu sərəncam vətəndaşları və hüquqi şəxsləri Rusiya banklarında sadələşdirilmiş qaydada hesab və depozit aça biləcək 25 ölkənin siyahısını müəyyən edir.

"Xarici müəssisələr və sahibkarlar üçün daha rahat şəraitin yaradılması prezidentimizin qarşıya qoyduğu milli məqsədlərin həyata keçirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq üçün sistemli səylərinin mühüm tərkib hissəsidir", - Mişustin qeyd edib.

Ölkələr siyahısına Azərbaycan, Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Braziliya, Misir, Hindistan, İndoneziya, Qazaxıstan, Qətər, Qırğızıstan, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand, Türkmənistan, Türkiyə və Özbəkistanən adları var.

“AzPolirika.info”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol