Menu

Krım körpüsü yenə bağlandı – FOTO

30.10.2023, 15:36
Krım körpüsü yenə bağlandı – FOTO

Bu gün yerli vaxtla saat 11.22-də Ukraynanın işğal altındakı Krım yarımadasında hava həyəcanı siqnalı verilib. Ardınca Krım körpüsü bağlanıb. 

“AzPolitika.info” xəbər verir ki, Krımdakı işğalçı administrasiya körpünün bağlanmasını Hava Hücumundan Müdafiə sistemlərinin işləməsi ilə izah edib. Məlumatda qeyd olunub ki, Ukraynanın yarımadaya hücum edən iki hava hədəfi vurulub. Bunların PUA, yoxsa raket olduğu göstərilmir.

Yerli sakinlərə müraciətdə insanların sığınacaqlara çəkilməsi məsləhət bilinib və qeyd olunub ki, Krım körpüsü müvəqəti olaraq bağlanır.

Eyni zamanda yerli “telegram” kanalları Sevastopol limanının tüstülənməsinə dair görüntülər yayımlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol