Menu

Müharibə vaxtı seçki? – Ukraynada keçirilən sorğunun nəticələri

30.10.2023, 16:40
Müharibə vaxtı seçki? – Ukraynada keçirilən sorğunun nəticələri

Ukrayananın bütün bölgələrində əhalinin tam əksəriyyəti müharibə dövründə seçki keçirilməsinin əleyhinədir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ukraynalılar arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğuda əhalinin qanunla bu ilin oktyabrında keçirilməli olan parlament və gələn ilin martında baş tutmalı olan prezident seçkisinə münasibəti öyrənilib. Məlum olub ki, ukraynalıların 81 faizi müharibə başa çatana qədər hər hansı bir seçki keçirilməsinin əleyhinədir. Cəmi 16 faiz respondent hər şeyə rəğmən seçkilərin keçirilməli olduğunu deyib, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.

Eləcə də ukraynalıların 65 faizi internet vasitəsilə səsvermənin əleyhinə çıxıb və seçkinin yalnız canlı şəkildə keçirilməli olduğunu bildirib.

Bununla yanaşı, ukraynalıların 88 faizi ölkənin Avropaya inteqrasiya və demokratiya yolu ilə getməsinə tərəfdar olduqlarını qeyd ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol