Menu

“Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər” - Livanın Baş naziri

30.10.2023, 17:26
“Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər” - Livanın Baş naziri

“Yaxın Şərqdəki münaqişə daha da genişlənə bilər”.

“Report” xəbər verir ki, bunu Livanın Baş naziri Nəcib Mikati “France-Presse” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ölkəsinin münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışır: “Mən öz öhdəliklərimi yerinə yetirirəm. Amma daha böyük eskalasiyanı da istisna etmirəm”.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu "Hizbullah"ın Livan ərazisindəki bazalarını bombalayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol