Menu

İsrail HAMAS-ın girovlarla bağlı videosunu qəddar psixoloji təbliğat adlandırıb

30.10.2023, 19:06
İsrail HAMAS-ın girovlarla bağlı videosunu qəddar psixoloji təbliğat adlandırıb

İsrail Baş nazirinin ofisi HAMAS-ın üç israilli girovla bağlı yaydığı videoya münasibət bildirib.

APA xəbər verir ki, İsrail tərəfi bunu HAMAS-ın qəddar psixoloji təbliğatı adlandırıb.

"Ürəyimiz sizinlə və bütün digər girovların yanındadır. Biz qaçırılan və itkin düşənlərin hamısını evə gətirmək üçün əlimizdən gələni edirik", - Baş nazir Benyamin Netanyahu "X" hesabında paylaşımında bildirib.

Baş nazir paylaşımında videodakı şəxslərin adlarını da qeyd edib. Videoda olan şəxslərin adları Daniel Aloni, Rimon Kirşt və Yelena Trupanovadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol