Menu

Hizbullah İsraillə toqquşmada ciddi itkilər verib - Livan uzunmüddətli müharibəyə hazırlaşır

31.10.2023, 09:49
Hizbullah İsraillə toqquşmada ciddi itkilər verib - Livan uzunmüddətli müharibəyə hazırlaşır

“Son 3 həftə ərzində İsraillə sərhəddə baş verən toqquşmalarda onlarla Hizbullah döyüşçüsü öldürülüb. Livan ciddi itkilər verib. Ona görə də Livan itkilərin qarşısının alınması üçün uzunmüddətli müharibəyə hazırlıq görür”.

“Report” xəbər verir ki, bu barədə “Blomberg” nəşri yazıb.

Bildirilib ki, oktyabrın 7-də İsraillə Fələstin arasında müharibə başlayandan bəri Livan 47 döyüşçü itirib: “Bu rəqəm 2006-cı ildə Hizbullah və İsrail arasında genişmiqyaslı müharibədə həlak olanların təxminən beşdə biridir. Hizbullah itkilərinin sayını azaltmaq məqsədilə əlavə tədbirlər görür. İsrail isə bildirib ki, Livan şimal sərhədində münaqişədə maraqlı deyil”.

Qeyd olunub ki, Hizbullah 2006-cı ildən bəri silah arsenalını genişləndirir: “Hizbullahın cəbbəxanasında hazırda İsrailin bütün hissələrini vura bilən pilotsuz təyyarələr və raketlər var”.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu "Hizbullah"ın Livan ərazisindəki bazalarını bombalayıb. Livanın Baş naziri Nəcib Mikati dünən, oktyabrın 30-da Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol