“Neft-qaz qiymətləri yüksək olduqca hökumət ağırlıq hiss etməyəcək”
“Açıqlanan büdcə sənədlərinə görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 mlrd. manat tələb olunur”.
“AzPolitika.info” xəbər verir ki, bunu büdcə sahəsi üzrə ekspert Rövşən Ağayev bildirib.
“Açıqlamaya görə, 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11,9 mlrd. manatı xərclənib. Yəni qarşıdakı 3 ildə əlavə təxminən 18,6 mlrd. manat da xərclənməlidir. Amma bücədən növbəti 3 ildə cəmi 10,6 mlrd. manat xərclənəcəyi göstərilir”, - iqtisadçı əlavə edib.
R.Ağayevin sözlərinə görə, müavafiq sənəddən aydın olur ki, dövrün sonuna (2026-cı il) qədər qayıdış proqramının icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,1 mlrd. manat az -ümumilikdə 22,4 mlrd. manat xərclənəcək. Ekspert bildirir ki, yerdə qalan 8,1 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır.
Rövşən Ağayevin sözlərinə görə, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir: “Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20%-nin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır. Yəni, 2-ci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək...”
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Tarif Şurasının canı sağ olsun. Qiymətləri artırar, 8 milyardı tez bir zamanda toplayar.