“Ölkənin cənubuna getmişdim. Təbiəti çox gözəldir... amma nədən Lənkəranın küçələri zibillikdir? Hətta mərkəz də təmizlənmir, Dram Teatrının yaxınlığında zibil yandırılır...”
“AzPolitika.info” xəbər verir ki, bunları Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov özünün “feysbuk” səhifəsində yazıb.
Sabiq nazir Lənkəran küçələrində natəmizlik və dilənçiliyin tüğyan etdiyini bildirib və buna görə rayon rəhbərliyini, polisi günahlandırıb: “Şəhər peşəkar dilənçilərlə doludur, belə görünür ki, şəhər polisi (dilənçilərlə-red.) şərikdir”.
T.Zülfüqarov daha sonra öz şərhində ona işarə edib ki, şəhərin icra başçısı və polis rəisinin şəxsi maraqları Lənkəranın bu vəziyyətə düşməsində əsas səbəblərdən biridir. Sabiq nazir hesab edir ki, bu vəziyyətə görə həm də Prezident Administrasiyasının rəhbərliyi məsuliyyət daşıyır: “Küçələrdən zibil yığışdırılmırsa, deməli, icra başçısı süpürgəçilərin əmək haqlarını yeyir, əgər küçələrdə peşəkar dilənçilər peyda olursa, deməli, şəhər polis idarəsi digər gəlir mənbələrilə yanaşı, bunu da təcrübədən keçirir... bütün bunlar o zaman mümkündür ki, “Ağ evin”(Prezident Administrasiyası nəzərdə tutulur-red.) region üzrə kuratoru yerlərdən gələn siqnallara susur. Problem isə iki zənglə həll oluna bilir...”

Azərbaycanda sabiq yüksək rütbəli məmurların hazırkı idarəçiliyi və məmurları tənqid etməsi çox nadir hallarda rast gəlinən praktikadır. Təbii ki, bu da həmin sabiq məmurların özlərinin xirtdəyə qədər korrupsiya və rüşvətə bulaşmaları və buna görə “dillərinin qısa olması” ilə bağlıdır. Bu baxımdan iki ilə yaxın müddətdə nazir, daha sonra isə uzun illər səfir işləmiş Tofiq Zülfüqarov daha təmiz reputasiyaya malik diplomat kimi tanındığı üçün həmin nazirlərdən və digər iri məmurlardan fərqlənir və görünür, buna görə də ölkəmizin İranla sərhəddəki ən strateji əhəmiyyətli regionlarından biri olan Lənkəranda qarşılaşdığı acınacaqlı durumu öz statusunda əks etdirməyə özündə cəsarət tapıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, Lənkəranın dərdi təkcə dilənçilik və natəmizlik deyil, buraya işsizlik, kasıblıq, narkomaniya, narkotik qaçaqmalçılığı və s. çoxsaylı problemləri əlavə etmək olar. Özü də bütün bunlar tək Lənkərana deyil, əksər rayon və şəhərlərimizə aiddir...

Xatırladaq ki, Lənkəranın hazırkı icra başçısı Taleh Qaraşov 2012-ci ildən rayona başçılıq edir. Bundan əvvəl o, Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) vəzifələrində işləyib. Yəni adam az qala 30 ildir icra başçısı işləyir.
Təkcə Qaraşovun deyil, digər icra başçılarının da əksəriyyətinin fəaliyyəti və fəaliyyətsizliyi bir daha sübut edir ki, hazırkı icra hakimiyyəti idarəçilik sistemi öz ömrünü çoxdan başa vurub və müasir tələblərlə qətiyyən ayaqlaşmır. Vəziyyəti yeni, gənc kadrların icra başçısı təyin edilməsi də dəyişmir. Ona görə də ölkədə bələdiyyələr başda olmaqla, seçkili yerli idarəetmə sistemlərinə keçid zəruri və qaçılmaz hal alıb. Ancaq göründüyü kimi, bu proses hansı səbəblərdənsə yubadılır...
Tofiq Zülfüqarovun paylaşımına gəlincə, təbii ki, bu, olduqca təqdirəlayiq haldır. Təəssüf ki, ölkə idarəetməsində iştirak etmiş şəxslərin, eləcə də tanınmış ziyalılarımızın, alimlərimizin və s. obyektiv, cəsarətli tənqidlərinə nadir hallarda rast gəlinir. Ona görə az qala hər bu cür tənqidə sevinməli oluruq və inanırıq ki, bütün bunları “yuxarılarda” görən və eşidən olur.
Elə hazırda ölkə daxilində yaşadığımız sosial, iqtisadi, siyasi və s. problemlərin bir səbəbi də ölkəmizin tanınmış simalarının böyük əksəriyyətinin susqunluğu, biganəliyi və məddahlığıdır.
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Guya yeni təyin olunan İcra başçıları normal iş üslubu nda işləyir.Onların hamısı ya köhnələrin evladları.ya da köhnələrin yetişdirdikləridir.İnanmayan yoxlasın.Odur ki. sistem ,üsul idarə rüşvət və korrupsiyaya köklənib.Nə üçün rüşvət verənlər cinayət məsuliyyətinə alınmır?Axı qanunla rüşvət verənlə rüşvət alan eyni cinayətin iştirakçılarıdır və bu qanunda əks olunub.Niyə qanun tam icra olunmur.Bu qanun hansı və ya kimin göstərişi ilə uzun illərdir yarı işlədilir?
Nə qədər Nağdəliyev kadr təyinatında əsas rol oynayır,belə adamlar verdikləri rüşvətin əvəzini yerlərdə rüşvət və büdcə ayırmaıarını oğurlamaqdan çəkinməyəcəklər.Çünki başda rüşvət alan onları qarantiya edə bilir.
Sabiq nazir getdi Lənkərana.gördü,gördüklərini yazdı ki,bir ölçü götürən olsun ki,Lənkəranda vəziyyətə əncam etsinlər.Bəs sonra nə oldu? Qaraşov yalanla dolu əsası olmayan bir yazı göndərdi və bununla hamı səini kəsdi.Bunun sonuna gedən olmadı.Deməli günahgar Zülfüqarov imiş.un Lənkərana aid fakrları yalanmış.Bəs yalan niyə rəsmən sona çatdrılmadı?B məsələdə ya Zülfüqarov böhtançıdı,ya da Qaraşov yığdığı eüşvəti vaxtında yerinə çatdırdığı üçün üstündən keçdilər.Yoxsa30 il onu əvəzedilməz kadr kimi rayonları gəzdirməzdilər.
Tofiq Zülfüqarov sağ olsun,..
O hələ Lənkəranın bir neçə saatlıq vəziyyətini görüb...
Dəhşətli anlar yaşayıb . təsəvvür edin ki, Tofiq Zülfüqarov Lənkəran sakini olsaydı nə olardı...???
Qaraşıvdan nə istəyirsiniz?...Bax,ode,Gəncənin keçmiş icrra başçısı hələ Gəncə bazarından ildə milyon haqq yığır...
Türkiyə MODELİNƏ keçməyin vaxtı çatmayıbmı "cənablar" ? Əvvəlcə ölkəni ünsürlərdən təmizləmək l.azımdır
yaxçl olardı ki, cənab Tofiq müəllim biir vaxtlar rəxbərlik etdiyhi, ammma islah edə bilmədiyi, rüşvət bataqlıöı olan Xarici İşlər Nazirrliyindən danışardı... elə özü də buradakı rüşvətin qurbanı oldu...
Gərmətük qəsəbəsi bu günə qədər elektrik sahəsi kabelləşməyib gərginlik aşağıdır məhəllədə olan dülgər sexləri sakinlər üçün elektrik sahəsində çətinliklər yaradır.trasformatorlar nasazdır yollar bərbad gündədir baxan yoxdur
Rayonda ayrıca bir balıq məhsulları bazarı yaradılsa yaxşı olar sitrus bazarı kimi.lənkəran bazarı bərbad vəziyyətdədir küçə ticarəti biyabırçı haldadır kəndlərə nəqliyyat avtobuslar köhnə qəzalı vəziyyətdə baxıb tədbir görən yoxdur.
Hörmətli Azpolitka Bakı şəhəri,Nizami rayonun C.Naxçivanski 66A yeni tikilən binanın sakinlər üçün nəzərdə tutulan həyatındakı bisetkanı həmin binanın bir neçə nəfəri daşla kənarını götürüb otağ ediblər,dəmir qapı qoyublar yalnız axşam saat 22-dən səhər saatlarına qədət qumar oynayırlar.
İcra hakimiyyətlərinin ləğv ediləcəyi artıq sirr deyil. Odur ki, 2-3 ildir İH başçıları əl qollarını sallayıb ləğvi səbirsizliklə gözləyirlər ki, sağ salamat gedib yığdıqlarını rahatca xırıd etsinlər. Eləsi var çoxdan pensiya yaşı çatıb amma dillənə bilmir ki, onu stanoka çəkərlər, göndərərlər tutulan başçıların yanına. Ləğv olunmaqlarını başçılar ən yaxşı "xilas"yolu kimi görürlər....
Şükür Allahın varlığına,bax bu əsl ziyyalığdır və arzu edək bu ziyyalığa digərləridə qoşulsun,artıq icra hakimiyətləri,polisin özü,fövqala nazirliyi və digər bir neçə qurumlar idarə olunmaz səviyədədirlər.
Qaraşov hələ komsomol katibi işləyəndən rüşvətxorluğu ilə kolleqalarından "fərqlənirdi". İndi daha da puxtələşib, daha təcrübəli olub .Ləqəbi də "krasavçik" idi. Neçə illərdir təyin olduğu bir rayonu batırır sonra digərini batırmağa göndərirlər. Onun heç kimdən qorxmadan rüşvət və korrupsiyaya qurşandığı barədə çox deyilsə də ona toxunulmur. İndi də toxunulmayacaq.
Cənab jurnalist Cəlal Məmmədov , siz yazırsınız : " Yeri gəlmişkən onu da qeyd edək ki, Lənkəranın dərdi təkcə dilənçilik və natəmizlik deyil, buraya işsizlik, kasıblıq, narkomaniya, narkotik qaçaqmalçılığı və s. çoxsaylı problemləri əlavə etmək olar. Özü də bütün bunlar tək Lənkərana deyil, əksər rayon və şəhərlərimizə aiddir..., hazırkı icra hakimiyyəti idarəçilik sistemi öz ömrünü çoxdan başa vurub və müasir tələblərlə qətiyyən ayaqlaşmır. Vəziyyəti yeni, gənc kadrların icra başçısı təyin edilməsi də dəyişmir. Ona görə də ölkədə bələdiyyələr başda olmaqla, seçkili yerli idarəetmə sistemlərinə keçid zəruri və qaçılmaz hal alıb. Ancaq göründüyü kimi, bu proses hansı səbəblərdənsə yubadılır... "
“Ağ evin”(Prezident Administrasiyası nəzərdə tutulur-red.) region üzrə kuratoru yerlərdən gələn siqnallara susur. "
Cənab jurnalist Cəlal Məmmədov , məgər siz bilmirsiniz ki , Prezident Administrasiyasının region üzrə kuratoru, yerlərdən gələn siqnallara niyə susur. ??????
Gərmətük qəsəbəsi bu günə qədər elektrik sahəsi kabelləşməyib, yolları bərbad vəziyyətdədir.elektrik xəttində gərginlik 150v dan çox olmur.baxıb tədbir görən yoxdur .
Lənkəran bazarı icra hakimiyyətinin qara üzüdür.Belə Bazar yanlız kasıb afrika ölkəsində Somalidə var.Zibilin daşınması və tullantı ərazisi bərbad üfunətli vəziyyətdədir.icra hakimiyyəti bunu görmür əlbətdə görür amma heç bir tədbir görmür.
Allah razi olsun Tofiq muallimdan.Lənkəran helə bil Azərbaycan deyil. Əfqanistana oxshayir.Çünki Qarashov toxunulmazdir.Çöx teessuf